Antalyada keçirilən IV Diplomatiya Forumunda “Türk Dövlətləri Təşkilatı: Unikal Əməkdaşlıq Modeli” adlı panelə başlanıb.
“İki sahil” xəbər verir ki, paneldə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Azərbaycan Prezidentinin Xüsusi Təlimatlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sodyq S. Safoyev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliev, Qırğız Respublikası Xarici İşlər Nazirinin birinci müavini, Prezidentin xüsusi nümayəndəsi Asein İsaev iştirak edir.
Kapadokya Universitetinin rektoru Həsən Əli Karasarın moderatorluğu ilə keçirilən paneldə (TDT) Türk Dünyası üçün ticarət, enerji, maliyyə, əlaqə, turizm, təhsil və mədəniyyət kimi sahələrdə ən mühüm əməkdaşlıq platformasına çevrilməsi, TDT “əməkdaşlıq təşəbbüsündən” “tam hüquqlu beynəlxalq təşkilata” çevrilərək, ümumi kimliyə və regional mülkiyyətə əsaslanan əməkdaşlığı dərinləşdirmək üçün güclü siyasi əzmkarlığa malikdir.
Qeyd edək ki, disskusiyada məqsəd TDT-nin geosiyasi mənzərənin formalaşmasında inkişaf edən rolunu araşdırmaq, bu unikal əməkdaşlıq modelinin potensialına diqqət yetirmək və onun təşəbbüslərinin regional, qlobal problemlərin həllində necə təsirli ola biləcəyini araşdırmaqdır.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir