Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib.
Nazir Türkiyənin bölgədəki davranışını müsbət qiymətləndirib:
“Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatdıqdan sonra biz münasibətlərin uyğun formada hüquqi əsaslarla yekunlaşacağına inanırıq”.
C.Bayramov Azərbaycandan Naxçıvana birbaşa gedişin mümkünsüzlüyünə də diqqət çəkib:
“Azərbaycanın üçün bu məsələ çox önəmlidir. Yəni Azərbaycanın Naxçıvanla güvənli formada birbaşa əlaqəsi olmalıdır”.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək