Aprelin 12-də IV Antalya Diplomatiya Forumu (ADF2025) çərçivəsində “Türk Dövlətləri Təşkilatı: Özünəməxsus bir əməkdaşlıq modeli” mövzusunda panel iclas keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Özbəkistan Ali Məclis Senatı sədrinin birinci müavini Sodiq Safoyev, Qırğızıstan Prezidentinin xüsusi nümayəndəsi, bu ölkənin xarici işlər nazirinin müavini Asein İsayev iştirak ediblər.
Kapadokya Universitetinin rektoru Hasan Ali Karasarın moderatorluğu ilə keçirilən paneldə Türk Dövlətləri Təşkilatı ölkələri arasındakı əməkdaşlığın ticarət, enerji, maliyyə, turizm, təhsil, mədəniyyət kimi mühüm sahələri əhatə etdiyi vurğulanıb.
Çıxışçılar bildiriblər ki, ortaq kimlik və regional mənsubiyyət əsasında qurulan və əməkdaşlıq sahələri hər gün daha da dərinləşən TDT güclü siyasi iradə əsasında formalaşaraq beynəlxalq quruma çevrilib.
Paneldə təşkilatın özünəməxsus əməkdaşlıq modeli, bunun yaratdığı potensial və baxışa diqqət çəkilərək TDT-nin irəli sürdüyü təşəbbüslərin regional və qlobal çağırışlara necə töhfə verə biləcəyi ətrafında müzakirələr aparılıb. İştirakçılar təşkilatın geosiyasi mühitin formalaşmasındakı artan rolunu təhlil ediblər.
Kubanıçbek Ömüralıyev çıxışında TDT-nin artıq inkişaf edən deyil, özünəməxsus fəaliyyətlərlə üzv ölkələrin hərtərəfli inkişafına töhfə verən quruma çevrildiyini bildirib.
Qeyd edilib ki, bu təşkilat İstanbulda keçirilən Zirvə görüşü ilə tamamlanaraq 170 milyondan artıq insanı əhatə edən coğrafiyanın hədəflərinə fokuslanıb.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir