Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumunda maldivli həmkarlı Abdulla Xəlillə görüşüb.
“İki sahil” xəbər verir ki, nazir Bayramov bu barədə "X" sosial media hesabında yazıb.
Görüşdə iqtisadiyyat, ticarət, energetika, humanitar sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəylik qeyd olunub.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək