Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Burkina Faso xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Antalya Diplomatik Forumunda görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" sosial media hesabında yazıb.
"Görüşdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi potensialı, qarşılıqlı səfərlərin əhəmiyyəti, BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb", - nazir qeyd edib.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək