13 aprel 2025 13:02
174

Çəkisi 50 kiloqramdan az olanlar çölə çıxmasın

Çinin şimal bölgələrində, paytaxt Pekin də daxil olmaqla, güclü fırtına xəbərdarlığı edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Mignews" xəbər verir.

Məlumata görə, Çinin şimalında milyonlarla sakin bu həftəsonu bölgəni vuracaq ekstremal küləklər səbəbindən evdə qalmağa məcbur olub.

Proqnozlara görə, Pekin, Tyanszin və Hebey bölgələrində aprelin 13-nə kimi Monqolustandan cənub-şərq istiqamətində hərəkət edən soyuq qasırğanın gətirdiyi 150 ​​km/saat sürətdə küləklər gözlənilir.

Bu səbəbdən bölgələrdə kütləvi tədbirlər ləğv edilib və xidmətlər hazırlıq rejiminə keçirilib.

Hakimiyyət orqanları işçilərə dərhal evə qayıtmağı əmr edib, tədris müəssisələrində dərslər dayandırılıb və açıq havada bütün tədbirlər ləğv edilib.

Həmçinin çəkisi 50 kq-a qədər olan şəxslərdən çölə çıxmamaları istənilib. Dövlət KİV-lərində bununla bağlı qeyri-adi xəbərdarlıq edilib və çəkisi 50 kq-dan az olan insanları "asanlıqla küləyin uçura biləcəyi" bildirilib.

Qeyd edək ki, Pekin son on ildə ilk dəfə olaraq fırtınalı külək səbəbindən narıncı təhlükə səviyyəsi xəbərdarlığı elan edib və bu da dörd səviyyəli hava xəbərdarlığı sistemində böyüklüyünə görə ikincidir.