Bu il Azərbaycanda keçiriləcək “Formula 1” Qran-prisinin könüllü proqramına qeydiyyat mərhələsi rekord nəticə ilə yekunlaşıb.
“İki sahil” Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qeydiyyat üçün 48 saat ərzində 31000-dən çox müraciət daxil olub.
Bu, Azərbaycan Qran Prisi tarixində ən yüksək göstərici kimi qeydə alınıb. Ötən il bu rəqəm 16000 olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.