13 aprel 2025 19:34
145

Milanda təşkil olunacaq Qış Olimpiya Oyunlarının büdcəsi 1,9 milyard dollara yüksəlib

2026-cı ildə İtaliyanın Milan şəhərində təşkil olunacaq Qış Olimpiya Oyunlarının büdcəsi 1,9 milyard dollara yüksəlib.

“İki sahil” xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsi məlumat yayıb.

Büdcə əvvəlki açıqlanan rəqəmlə müqayisədə 112 milyon dollar artıb. Ancaq büdcəyə Kortina Dampezzoda bobsley idmanı üçün trası (131 milyon dollar) və Milanda yeni xokkey arenası (300 milyon dollar) kimi obyektlərin, həmçinin avtomobil və dəmir yollarının tikintisi üçün vəsait nəzərdə tutulmayıb.

İtaliya hökuməti infrastrukturun yaradılması üçün əlavə 1 milyard dollar ayıracaq.

Qeyd edək ki, 2022-ci ildə baş tutan Pekin Olimpiadasının büdcəsi 4 milyard dollar olub.