Misli Premyer Liqasının 30-cu turunda “Neftçi” - “Zirə”ni qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 9-cu dəqiqəsində Filip Ozobiç hesabı açıb. 23-cü dəqiqədə isə Edvin Kuç fərqi iki topa yüksəldib. 43-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Rafael Utziq fərqi minimuma endirib. 61-ci dəqiqədə Davit Volkovun bərabərlik qolunu vurduğu qarşılaşmanın 71-ci dəqiqədinsə, növbəti dəfə penaltini dəqiq yerinə yetirən Rafael Utziq özünün ikinci, komandasının üçüncü qolunun müəllifi olub. 77-ci dəqiqədə isə Ceyhun Nuriyev “qartalların” üstünlüyünü iki topa yüksəldib.
Misli Premyer Liqası,
30-cu tur
13 aprel
19:15. “Neftçi” 2-4 “Zirə”
Qollar: Filip Ozobiç, 9 (1-0), Edvin Kuç, 23 (2-0), Rafael Utziq, 43 - pen. (2-1), Davit Volkov, 61 (2-2), Rafael Utziq, 71 - pen. (2-3), Ceyhun Nuriyev, 77 (2-4)
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Neftçi Arena”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”