Azərbaycan mayın 27-29-da Çinin Şanxay şəhərində keçiriləcək “İTB China 2025" beynəlxalq turizm sərgisində iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
"ITB China" bu ölkənin turizm bazarına yönəlmiş aparıcı beynəlxalq sərgilərdən biridir. Tədbir beynəlxalq turizm istiqamətlərini, xidmət təminatçılarını, çinli alıcıları bir araya gətirərək, unikal biznes əlaqələrinin qurulması, yeni trendlərin öyrənilməsi və səyahət təkliflərinin nümayişi üçün geniş imkanlar təqdim edir, dünya səviyyəli alıcıları və sərgi iştirakçılarını bir araya gətirərək, şəbəkələşmə, fikir mübadiləsi, çinli turistlərin dəyişən maraqlarını kəşf etmək üçün mükəmməl şərait yaradır, qlobal turizm sənayesində öz mövqeyini gücləndirmək istəyənlər üçün vacib platformadır.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub