Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa xarici işlər naziri Jan-Noel Barronun regiondakı gərginliklə bağlı verdiyi açıqlamaya cavab verib.
“İki sahil” xəbər verir ki, XİN rəsmisi özünü "X" hesabında bildirib ki, Fransanın Ermənistana öldürücü silahları tədarük etməsi və sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi xarici işlər naziri Jan Noel Barronnun regionda gərginliyin yaranması ilə bağlı narahatlığını ifadə etdiyi fikirləri ilə uyğun gəlmir.
"Bu ikili yanaşma Fransanın riyakarlığını göstərir", - Ayxan Hacızadə vurğulayıb.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək