Azərbaycanın Baş naziri Əli Əsədov Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin strateji tərəfdaşlıq əsasında dinamik inkişafından məmnunluq ifadə olunub.
Siyasi dialoqun yüksək səviyyədə olduğu bildirilib, dövlət başçıları və digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.
Parlamentlərarası əməkdaşlığa toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanla Rumıniya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsi qeyd olunub.
Eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir