İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə cari ilin ilk rübündə ümumilikdə 145 min 137 müraciət daxil olub.
“İki sahil” xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyinin 195-1 - Çağrı Mərkəzi tərəfindən 127 min 551 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 145 min 137 xidmət göstərilib.
Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergiödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və nəticələr barədə müraciət edən şəxslərə məlumat verilib.
Qeyd olunub ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətlərinin asanlaşdırılması, eləcə də vətəndaş məmnuniyyətinin artırılması məqsədilə yaradılan 195-1 - Çağrı Mərkəzinə ölkənin istənilən bölgəsindən stasionar telefonla birbaşa zəng etmək olar. Mərkəz tərəfindən təqdim olunan xidmətlər tamamilə ödənişsizdir.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub