Çinin Azərbaycana yeni təyin edilmiş səfiri Lu Mey diplomatik missiyasını yerinə yetirmək üçün Bakıya gəlib.
“İki sahil” Çin səfirliyinə istinadla xəbər verir ki, Lu Meyi aeroportda Azərbaycan XİN-in nümayəndələri və bu ölkənin diplomatik nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Səfir qeyd edib ki, Çin ilə Azərbaycan arasında səmimi və etimada əsaslanan dostluq münasibətləri var, onlar bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq edən tərəfdaşdır. Diplomat əlavə edib ki, belə bir mühüm məqamda Çini Azərbaycanda təmsil etməsi onun üçün şərəfdir.
O, həmçinin iki ölkə liderlərinin əldə etdiyi mühüm razılaşmalara əməl etmək və praqmatik əməkdaşlığı dərinləşdirmək, xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirmək, Pekin ilə Bakı arasında strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq istiqamətində Azərbaycan cəmiyyətinin müxtəlif zümrələrinin nümayəndələri ilə birgə işləmək niyyətində olduğunu bildirib.
Azərbaycan tərəfinin nümayəndəsi səfir Lu Meyi salamlayaraq qeyd edib ki, ölkə hökuməti, parlamenti və hakim partiyası Çinlə əməkdaşlığa böyük əhəmiyyət verir.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir