Türk dövlətləri transsərhəd, təbii fəlakət, qeyri-qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşməlidir.
“İki sahil” xəbər verir ki, bunu Şimali Kipr Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.
O, türk dövlətlərinə müraciət edərək bildirib ki, bu gün Türk dünyasının bir hissəsi olan Şimali Kiprin haqlı mübarizəsi də təhlükəsizlik sahəsində ortaq fəaliyyət göstərilməsini daha zəruri edir:
"Şimali Kiprin Türk dünyası arasında oynadığı rol mühüm elementdir və hər bir üzv ölkə üçün vacib amildir. Bu kontekstdə ölkələrimizin parlamentləri arasında qurulan dostluq qrupunun fəaliyyəti təqdirəlayiqdir".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir