SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova “CLIMASEL” layihəsi ilə Əbu-Dabidə keçirilən Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil ediblər.
“İki sahil” xəbər verir ki, binalar üçün ağıllı panellərin istehsalını hədəfləyən “CLIMASEL” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil edilən milli turun qalibi olub.
Nəticə etibarilə, startap “AIM Congress”də dünyanın 100-dən çox ölkəsindən olan startaplarla birgə xarici investorlara təqdim olunub.
Layihə yarışma çərçivəsində geniş tanıtım imkanı, sərgi stendi və investisiya qazanmaq şansı əldə edib.