15 aprel 2025 17:32
374

“SOS” özəl mühafizə şirkəti Zərifə xanım Əliyevanın anım günü ilə bağlı sosial aksiya keçirib - FOTO/VİDEO

Görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın vəfatının növbəti ildönümü münasibətilə SOS MMC-nin kollektivi Fəxri xiyabanda onun əziz xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyub.

“İki sahil” xəbər verir ki,  anım mərasimindən sonra SOS MMC Təlim-Tədris Mərkəzində  şirkət əməkdaşlarının iştirakı və təlim keçən dinləyicilərlə birlikdə könüllü qanvermə aksiyası həyata keçirilib. Bu humanist təşəbbüs, Zərifə xanım Əliyevanın insanlara göstərdiyi xidmət və xeyirxahlıq prinsiplərinə hörmət əlaməti olaraq təşkil olunub.

“SOS MMC” sosial məsuliyyət fəaliyyətləri çərçivəsində həyata keçirilən bu cür aksiyaları gələcəkdə də davam etdirəcək.