BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, tədbir Afrikaəsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində təşkil olunub. Konfransda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelupa, Martinika, Kanaki (Yeni Kaledoniya), Sint-Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianasından siyasətçilər və fəallar, BMT-dəki bir sıra daimi nümayəndəliklərin təmsilçiləri, ECOSOC statuslu QHT nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər.
Tədbir çərçivəsində “İctimai yaddaş, silinmə və Afrikaəsilli yerli xalqların müqaviməti” və “Müstəmləkə hökmranlığı altında olan ərazilərdə geosiyasi dekolonizasiyanın dinamikası” adlı sessiyalar təşkil olunacaq.
Qeyd edək ki, konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyata düşüb.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək