“Fransa 1845-ci ildə, yəni dırnaq içərisində köləliyi rəsmən ləğv etməzdən üç il əvvəl Heyvanların Mühafizəsi Cəmiyyətini yaratdı”.
“İki sahil” xəbər verir ki, bu sözləri BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda çıxışı zamanı Fransız Qvineyasının nümayəndəsi Serve Alfonsin deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, onlar qaradərililərdən əvvəl heyvanları qoruyurlar: “Onlar üçün qara insanlar kiçik parçalar idi. Onlara etmək istədiklərini edə bilirdilər. Plantasiyalarda baş verənlər hər kəsə məlumdur. “Ağ vəhşilik” adlı kitabda bu barədə yazılır və plantasiyalarda nə baş verdiyini, valideynlərimizin, əcdadlarımızın bu plantasiyalarda hansı dramları yaşadıqları qeyd olunur. Bəzən onların yaşadıqları baş verənlərin reallığını təsəvvür etməyi belə çətinləşdirir”.
O bildirib ki, xalqın müqaviməti daim davam edəcək və BTQ-nin təşkil etdiyi konfransında iştirak müqavimətin olduğunu nümayiş etdirir.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir