“Adamızda hazırda klassik kolonializmin təzahürüdür” .
“İki sahil” xəbər verir ki, bu sözləri BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda çıxışı zamanı Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar deyib. O, Afrikaəsilli bonayreliləri qorumaq üçün BMT-yə üzv dövlətlərdən müdafiə və dəstək axtardıqlarını deyib: “Son dörd ildə hər il bu gün, məhz bu binada müstəmləkəçilərdən təzminat tələb olunur. Onlar təzminat haqqında danışırlar, lakin heç kim başa düşmür ki, biz hələ də müstəmləkəyik və onlardan ən azı 60-70 il geri qaldığımızı hiss edirik”.
O, xalqınln çox kasıb olduğunu, hətta xəstəxanalarda reanimasiya şöbəsinin olmadığını da deyib: “Amma bizim çox böyük həbsxanamız və çox böyük hava limanımız var. Maraqlıdır. Xəstələrimiz reanimasiyaya yerləşdirilməli olduqda təyyarə ilə Kolumbiyaya göndərilirlər. Təyyarə Kolumbiyadan gəlib, sonra bizi aparmalıdır”.
Davika Bissessar bildirib ki, digər müstəmləkələrin, adaların əksəriyyətinin ölkə parlamentlərində nümayəndəliyi var, lakin Bonayre xalqının Niderland parlamentində təmsilçiliyi yoxdur.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir