Aprelin 15-də Bakı Slavyan Universitetində (BSU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın Anım Gününə həsr olunmuş “Nur Saçan Ömür” adlı dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə akademik Zərifə Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra onun ömür yolu və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev akademik Zərifə xanım Əliyevanın Azərbaycan ictimai-siyasi, elmi və təhsil həyatının ən görkəmli simalarından biri olduğunu vurğulayaraq, onun 20-ci əsrdə Azərbaycanın tibb elminin inkişafında müstəsna xidmətlər göstərdiyini bildirib.
Rektor çıxışında Zərifə Əliyevanın həyatının Azərbaycan elminə, təhsilinə, Ailə institutuna və bütövlükdə Azərbaycan xalqına bağlı olduğunu qeyd edib. A. Nağıyev Zərifə xanımın elmi və ictimai fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən bəhs edərək onun Azərbaycan səhiyyəsinə və tibb elminə dəyərli töhfələr verdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə tədbirdə çıxış edərək akademik Zərifə Əliyevanın şərəfli həyat yolundan, elmi fəaliyyətindən və Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edib.
BSU-nun Magistratura və Doktorantura şöbəsinin müdiri Elnur Kəlbizadənin moderatorluğu ilə davam edən dəyirmi masa zamanı çıxış edən Regionşünaslıq kafedrasının müdiri İbrahim Quliyev, Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının baş müəllimi Səyalı İbrahimova və BSU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Xədicə Məhərrəmova akademik Zərifə Əliyevanın elmi irsi, peşəkar fəaliyyəti və gənc nəsil üçün örnək olan həyat yolu barədə geniş məlumat veriblər.
Sonda digər çıxışçılar da akademik Zərifə Əliyeva ilə bağlı fikirlərini bölüşüblər.