Astara Olimpiya İdman Kompleksində keçirilən U17 sərbəst güləş üzrə ölkə birinciliyinə start verilib. Yarışların ilk günü Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) üçün uğurlu olub. AHİİTA idmançıları əzm və peşəkarlıq nümayiş etdirərək fərqləniblər.
“İki sahil” xəbər verir ki, AHİİTA-nın idmançılarından Ömər Usubov, Asim Məmmədzadə, Amin Nəsibov medal qazanıblar.
Bu nəticələr AHİTA-nın gənc güləşçilərinin yüksək hazırlıq səviyyəsini və idmana olan bağlılıqlarını bir daha nümayiş etdirib. Assosiasiya qalib idmançılarını, onların məşqçilərini və bütün komandanı təbrik edir, növbəti yarış günlərində də uğurlar arzulayır!
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir