16 aprel 2025 14:20
135

Bağırov körpüsündə hərəkət bərpa edilib

Nərimanov rayonu ərazisində -  Heydər Əliyev prospektinin Bağırov körpüsü adlanan ərazidən keçən hissəsində keçidə dolmuş su tamamilə çəkilib.

“İki sahil” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verib.

O, toplanmış yağış sularının keçiddən kənarlaşdırıldığını və yolda hərəkətin bərpa edildiyini bildirib.