16 aprel 2025 16:13
226

Quba-Xaçmaz avtomobil yolunun kənarında çürümüş ağac aşaraq avtomobilə və elektrik təsərrüfatına ziyan vurub  VİDEO

Quba-Xaçmaz avtomobil yolunun Timiryazev qəsəbəsindən keçən hissəsində, yol kənarında olan iri gövdəli, qurumuş ağac Gündüz Məcnunovun idarə etdiyi "Ford" markalı yük avtomobilinin və elektrik dirəyinin üzərinə  aşıb.

Nəticədə, yük avtomobilinə və elektrik təsərrüfatına ziyan dəyib.
Sürücü bildirir ki, "Qurumuş ağaclar vaxtında kəsilib götürülsə, belə hadisələr də olmaz".

Hadisə yerinə Quba Elektrik Şəbəkəsinin əməkdaşları gəlib, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, bir neçə gündür ki, şimal bölgəsində güclü küləklə müşayiət olunan yağış yağır. 

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün