ABŞ-ın yeni adminsitrasiyasının USAID-lə bağlı verdiyi kəskin qərarlar Ermənistanı çox məyus edib. Çünki rəsmi İrəvan demək olar ki, xarici yardımlardan mərhum olub.
Məlum olduğu kimi, “The Washington Free Beacon” və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) X sosial şəbəkəsindəki məlumatlarında bildirlir ki, ABŞ Dövlət Departamenti vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən 139 qrantı ləğv edərək, xaricdəki təşəbbüslər üçün ayrılan 214 milyon dolları kəsib. Beləliklə, Ermənistanda “demokratik mədəniyyətin təbliği” üçün 2 milyon dolların ayrılması ləğv olunub. Ermənistan da daxil omaqla bu proqramların kəsilməsi ilə bağlı sərəncam aprelin 14-də axşam saatlarında imzalanıb. Onların icrasına aprelin 15-dən başlanılıb.
Politoloq Zaur İbrahimli məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Tramp admistrasiyasının dövlət xərclərini azaltmaq və ABŞ xarici siyasətini ideoloji klişelerdən xilas etmək siyasətinin bir hissəsi də keçmiş ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xətti ilə ayrılmış yardımların və qrant vəsaitlərinin azaldılmasıdır: “Ermənistan Bayden administarsiyasının ən çox diqqət etdiyi və dəstəklədiyi ölkələrdən biri idi. Yalnız USAID-in xətti ilə Ermənistana 2024-cü ildə 235 milyon dollardan çox əvəzsiz yardım göstərilmişdi. Həmçinin bu məbləğin iki dəfə artırlması barədə USAID ilə Ermənistan hökuməti arasında saziş imzalanmışdı”.
Politoloq qeyd etdi ki, əvvəlcədən də bəlli idi ki, Tramp adminstrasiyası yalnız ideoloji klişelərə Bayden adminsrasiyasının xəyali məqsədlərinə görə Ermənistana maliyyə yardımı səviyyəsini bu məbləğdə saxlamayacaq: “Təbii ki, gözləntilər özünü doğrultdu. Artıq Ermənistan Tramp adminstrasiyası üçün hər hansı xüsusi strateji dəyərə malik bir ölkə deyil. Rəsmi İrəvanın ABŞ xarici siyasətinə demək olar ki, töhfə verəcək potensialı da yoxdur. Bu gün Ermənstan yalnız lobbi və diaspor təsiri siyasəti ilə öz aktuallığını qoruyub saxlamağa çalışır. Lakin bu, epizodik xarakter daşıyır. Tramp adminstrasiyasının Ermənistana Bayden hökuməti qədər dəstək verəcəyini gözləmək ağılsızlıq olardı. Əlbəttə, müəyyən diaspor təsiri olacaq. Ancaq heç bir halda Ermənistan ABŞ-dan əvvəlki qədər yardım almağa ümid edə bilməz. Məhz buna görə də N.Paşinyan komandasında bu məsələ ilə bağlı çox ciddi narahatlıq var. Buna görə rəsmi İrəvan hazırda bu dəstəyi Fransanın yardımı ilə əvəz etməyə çalışır. Lakin rəsmi Parisin belə bir potensialı yoxdur”.
Z.İbrahimli bildirdi ki, bütün bunların fonunda hazırda Paşinyan hökumətinin Rusiya Federasiyasına münasibətdə manevrlərini və müəyyən jestlərini də müşahidə edirik: “Onu da qeyd edək ki, ABŞ-da Trampın yenidən hakimiyyətə gəlməsi ilə Ermənistan üçün yeni çağırışlar və risklər yaranıb. Bu, yalnız maliyyə yardımlarının kəsilməsi ilə bağlı deyil. Bu, həm də Vaşinqtonun rəsmi İrəvana geosiyasi dəstəyinin azalması ilə əlaqadardır. Çünki Tramp komandası Cənubi Qafqazdakı vəziyyətə obyektiv yanaşır və real çağırışları dəyərləndirərək qərarlar verir. Bayden adminstarasiyası isə bu regionda öz siyasətini Ermənistan üzərindən həyata keçirirdi. Daim Ermənistan mərkəzli strategiya müşahidə edilirdi. Təəssüf ki, bu bölgədə baş verənlər o dövrdə obyektiv qiymətləndirilmirdi. Azərbaycan diplomatiyasının bütün cədlərinə baxmayaraq, qeyd etdiyimiz kimi, Ermənistan mərkəzli siyasət yarıtmaz Bayden komandası üçün hər şeyin fövqündə idi”.
Politoloq qeyd etdi ki, bütün bunların əksinə olaraq Tramp adminstrasiyası fərqli bir yanaşma ortaya qoyub. Bu yanaşma ABŞ-ın maraqlarına uyğun real xarici siyasətin həyata keçirilməsi, obyektiv qiymətləndirmə və qarşıqlılı maraqlara söykənən layihələr və məqsədlərin əldə olunmasıdır: “Bu baxımdan Azərbaycan ilə ABŞ xarici siyasətinin konseptual əsaslarında oxşarlıq çoxdur. Rəsmi Bakı regional əməkdaşlıqda qarşılıqlı maraqların təmin olunması, uzlaşdırılması prinsiplərini irəli sürür. Bu mənada Tramp adminstrasiyasının Cənubi Qafqaz siyasətində Azərbaycanın strateji dəyəri daha da artacaq. Bununla bağlı artıq ilk siqnallar var. Gözləmək olar ki, Vaşinqtonun xarici siyasəti daha obyektiv xarakter daşıyacaq. Ermənistan üçün isə yeni çağırışlar var. Belə ki, Trapm admistrasiyasının Rusiya ilə danışıqları rəsmi İrəvan üçün yeni çətinliklər yarada bilər. Əgər Rusiyanın əl-qolunun açılması, təsir imkanlarının artması baş verəcəksə Ermənistan üçün böyük risklər yaranacaq. Eyni zamanda o da məlumduir ki, Paşinyan iqtidarı Rusiya ilə bağlı sanksiyaları pozan ölkələrdən biridir.Əgər Tramp adminstrasiyasının Rusiya ilə münasibətləri razılığa söykənməsə və daha güclü rəqabət formasına keçsə ermənilər yenidən çox ciddi çətinliklərlə üzləşəcəklər. Hazırda Paşinyan komandasını ən çox narahat edən məslələrdən biri də budur. Ona görə də onlar tezliklə Azərbaycanla sülh sazişi imzalamaq üçün hazırlaşırlar. Həm də bunu bütün dünyaya bəyan edirlər. Eləcə də Türkiyə Cümhuriyyəti ilə səhrədlərin açılması üçün var gücləri ilə çalışırlar. Çünki başa düşürlər ki, artıq zaman onların əleyhinə işləyir”.
Zahid Rza, “İki sahil”