16 aprel 2025 19:33
251

Müharibə veteranları arasında şahmat turniri keçirilib - FOTO

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) – nin fəxri üzvü bəstəkar – yazar Fərahim Sadiqin təşəbbüsü ilə şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Turnir Qulubəyovlar İrsi Mədəni Mərkəzi “ÖNCƏ VƏTƏN” və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin, Bakı Maliyə Kollecinin, Yasamal Rayon Şahmat məktəbinin və Adel Medianın təşkilatı dəstəyi, Azərbaycan televiziyasının informasiya dəstəyi ilə həyata keçirilib.

“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri olan müharibə veteranları arasında Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri böyük maraqla qarşılanıb.

Şəhidlimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə onun haqqında çəkilən sənədli filmin nümayişi və şahmat turnirinin qalibləri olan Vətən müharibəsi veteranların təlfif olunması yaxın günlərdə Nizami kino-mərkəzdə təqdim olunacaqdır.