16 aprel 2025 20:27
209

Milli Məclisin deputatı Elnarə Akimova görüş keçirib

46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatı Elnarə Akimova seçicilərlə növbəti dəfə görüş keçirib.

“İki sahil” xəbər verir ki,  görüş zamanı vətəndaşlar onları narahat edən bir sıra aktual məsələlərlə bağlı deputata müraciətlər ünvanlayıblar.

Qəbul zamanı işsizlik, müəllimlərin attestasiya imtahanı, sosial məsələlər və digər problemlər müzakirə olunub. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşan deputat qaldırılan məsələlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılacağını bildirib.

Deputat Elnarə Akimova qeyd edib ki, seçicilərin problemlərinin həllinə kömək etmək üçün davamlı olaraq çalışacağını qeyd edib. Görüşün əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq, onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq olub.