Türkiyənin “Haber Global” telekanalı Azərbaycan və Türkiyənin liderliyi sayəsində yaradılan Türk Dünyası Marketinq, Reklam və Media Birliyi (TÜREK) ilə bağlı reportaj hazırlayıb.
“İki sahil” xəbər verir ki, reportajda Türk dünyasında əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan TÜREK-in yaradılması ideyasının təşəbbüskarları Azərbaycan və Türkiyənin reklam strukturları olduğu vurğulanıb.
Süjetdə TÜREK-in yaradılmasının Türk dünyasına qazandırdığı üstünlüklər yer alıb. Qeyd olunub ki, birliyin yaradılması ilə türk brendləri qlobal səviyyəyə çıxmaq imkanı əldə edəcək.
“Yeni strukturun mərkəzi ofisi İstanbulda yerləşəcək. TÜREK türk dövlətlərinin reklam sənayesində sinerji yaratmaq, mal və xidmətlərin rəqabət qabiliyyətini artırmaq məqsədilə çoxsaylı layihələr həyata keçirməyi planlaşdırır. Quruma sədrlik ilk iki il Türkiyəyə tapşırılacaq, daha sonra Azərbaycana keçəcək. Təşkilat digər türk dövlətlərinin, eləcə də diaspor strukturlarının iştirakına açıqdır”, - reportajda deyilir.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir