Azərbaycanla Sloveniya arasında diplomatik münasibətlərin qurulmasının 2026-cı ildə 30 illiyi tamam olacaq.
“İki sahil” xəbər verir ki, bunu Sloveniyanın xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, bu tarixə tərəflər dostluq abu-havasında, bir-birinin maraqlarını nəzərə almaqla yaxınlaşırlar.
"İki ölkə arasında dialoqu genişləndirmək üçün siyasi məsləhətləşmələrin aparılması vacibdir ki, sonuncu belə məsləhətləşmə 2025-ci ilin fevralında Bakıda baş tutub".
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək