Azərbaycan Ermənistanla dialoqun aparılmasının və məsələlərin müzakirə olunmasının tərəfdarıdır.
“İki sahil” xəbər verir ki, bu barədə aprelin 17-də Sloveniyanın xarici işlər naziri Tanya Fayonla keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir deyib ki, son illərdə Ermənistanla intensiv təmaslar davam etdirilir. “Antalya Diplomatik Forumu çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşüm oldu və mən bu görüşü kifayət qədər faydalı hesab edirəm. Hərçənd ki, belə görüşlər məsələlərin tam həllinə gətirib çıxarmasa da, tərəflərin fərqli mövqelərinin və arqumentlərinin qarşılıqlı şəkildə təqdim olunması baxımından əhəmiyyətlidir. Həmin görüş də məhz bu baxımdan faydalı oldu”, – deyə Ceyhun Bayramov qeyd edib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir