18 aprel 2025 09:21
126

Ramin Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 23-də Şəki şəhəri, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata əsasən, qəbul saat 11:00-da Oğuz şəhərində (Oğuz şəhəri, 20 yanvar küçəsi, 6) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki regional bölməsinə (əlaqə vasitələri: (024) 244 36 21, (070) 923 06 29, [email protected][email protected]) müraciət etmələri xahiş olunur.