Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması region üçün yeni imkanlar açacaq.
“İki sahil” xəbər verir ki, bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyib.
O, iki ölkə arasında bu istiqamətdəki danışıqlardan çox məmnun olduqlarını vurğulayıb:
“Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, yalnız Azərbaycan və Ermənistan xalqları üçün deyil, bütün region üçün yeni imkanlar açacaq. Bu ölkələrin qazanacağı çox şey var. Biz də prosesi yaxından izləyirik. Əgər Mərakeşin dəstəyi lazım olarsa, biz həmişə Azərbaycandakı qardaşlarımıza kömək əlini uzatmağa hazırıq. Ona görə də bu prosesin irəliləməsini səbirsizliklə gözləyirik”.
Diplomat daha sonra Xankəndi barədə təəssüratlarını da bölüşərək belə bir səfər təşkil etdiklərinə görə Prezident Administrasiyasına və Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkür edib:
“Bu bizim Xankəndiyə ilk səfərimizdir. Çox maraqlıdır. İlk gördüyümüz yerlərdən biri universitet oldu və bu, təhsilin və insan kapitalına investisiyanın nə qədər vacib olduğunu vurğulayır".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir