Bu il Mərakeşlə Azərbaycan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti sessiyası keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyib.
Diplomat bu məsləhətləşmələrin nazir müavinləri səviyyəsində olacağını bildirib:
“Dəqiq tarix hələ müəyyənləşdirilməyib”.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək