Aprel ayından etibarən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) şəhər və rayon komitələri tərəfindən təhsil işçiləri arasında şahmat turniri keçirilir.
“İki sahil” xəbər verir ki, yarışların keçirilməsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində çalışan təhsil işçiləri arasında intelektual idman növü olan şahmat oyununu təbliğ etmək, eyni zamanda, müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkilindən ibarətdir.
Qeyd edək ki, şahmat turniri Bakının Yasamal, Səbaıl, Nərimanov və ölkənin digər şəhər və rayonlarında keçirilir.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir