“İki sahil” xəbər verir ki, görüşdə qarşılıqlı əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, həmçinin gələcəkdə ortaq tədbirlərin təşkili məsələləri müzakirə olunub. Tərəflər arasında həmkarların fiziki aktivliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və idman sahəsində birgə təşəbbüslərin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirdə AHİK sədrinin müşaviri Nigar Vahabzadə çıxış edərək, həmkarlar ittifaqları arasında əməkdaşlığın vacibliyini və bu tip görüşlərin qarşılıqlı təcrübə mübadiləsinə imkan yaratdığını vurğulayıb.
ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev və AHİİTA İctimai Birliyinin direktoru Tural Qasımov da çıxış edərək, hər iki təşkilatın potensialını birləşdirməklə uğurlu layihələrin həyata keçiriləcəyinə inandıqlarını bildiriblər.
Görüş səmərəli fikir mübadiləsi ilə davam edib və qarşılıqlı əməkdaşlığın gələcək mərhələləri üçün ilkin razılaşmalar əldə olunub.