Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb.
“İki sahil” xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunda əksini tapıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanda etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılıb:
"Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir".
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək