Suriyalılar hökumətin nağdlaşdırma ilə bağlı məhdudiyyətləri səbəbindən ciddi nağd pul çatışmazlığı ilə üzləşiblər.
“İki sahil” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, ölkə vətəndaşları banklarda saatlarla növbəyə durmağa məcbur olurlar. Hakimiyyət likvidlik böhranı səbəbindən nağd pul çıxarılmasına məhdudiyyətlər qoyub.
“Təxminən 1,25 milyon dövlət sektoru işçisi olan ölkədə dövlət qulluqçuları iki dövlət bankından birində və ya onların tabeliyində olan bankomatlarda növbəyə durmağa məcburdurlar”, - deyə, hesabatda qeyd olunub.
Nəşr Suriya Kommersiya Bankının binası qarşısında təxminən 300 nəfərdən ibarət növbə olduğunu bildirir. "Bəzi hallarda onlar nağd pul əldə etmək üçün bir gün istirahət günü götürürlər", - deyə, məlumatda qeyd edilir.