18 aprel 2025 17:35
152

İsrail İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcək - Müdafiə naziri

İsrail İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcək.

“İki sahil” "The Times of Israel"ə istinadla xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat verib.

İsrailli nazirin şərhləri ABŞ prezidenti Donald Trampın İsrailin İranın nüvə obyektlərinə planlaşdırdığı zərbəni dəstəkləməkdən imtina etməsi ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra gəlib.

"Baş nazir Benyamin Netanyahu və mən bütün tərəflərlə birlikdə İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sadiqik" - deyə, o, bildirib.

"Biz İsrail dövlətinə qarşı təhdidlərə yol verməyəcəyik. Bu, bizim məsuliyyətimiz və tarixi vəzifəmizdir və onları həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə, müdafiə naziri əmin edib.