İspaniya La Liqasında növbəti mövsüm Çempionlar Liqasında ən azı beş klub iştirak edəcək. Bu, Roma “Latsio”sunun Avropa Liqasından kənarlaşmasından sonra mümkün olub.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, İspaniya Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) əmsallar cədvəlində 23,250 xalla ikinci yeri tutaraq əlavə xal qazanıb. Üçüncü yerdə qərarlaşan İtaliya (21,187) bu mövsüm “İnter” və “Fiorentina”nın nəticələrindən asılı olmayaraq, yuxarı qalxa bilməyəcək.
Bundan əvvəl İngiltərə Çempionlar Liqasında 26,821 xal toplayaraq “bonus” beşinci yeri qazanmışdı.
Bu mövsüm üç İspaniya klubu avrokuboklarda yarımfinala yüksəlib. "Barselona" bu mərhələdə qitənin ən nüfuzlu turniri olan Çempionlar Liqasında Milanın "İnter"i ilə qarşılaşacaq. "Atletik Bilbao" Avropa Liqasının ikinci pilləsində "Mançester Yunayted"lə qarşılaşacaq. "Betis" isə Konfrans Liqasında "Fiorentina" ilə qarşılaşacaq.