BMT Baş Assambleyası son sessiyasında “BMT ilə Avropa Şurası arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilib.
“İki sahil” "Kommersant"a istinala xəbər verir ki, orada Rusiyaya qarşı Ukraynaya təcavüzdə ittihamlar yer alıb.
Ermənistan, Gürcüstan və Slovakiya da daxil olmaqla, 105 dövlət sənədə səs verib. Doqquz ölkə, o cümlədən ABŞ əleyhinə səs verib. Azərbaycan və İsrail səsvermədə bitərəf qalıb. Yayım assambleyanın saytında aparılıb.