19 aprel 2025 09:37
95

Minik maşını yük avtomobilinə çırpılıb

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

“İki sahil” xəbər verir ki, 1984-cü il təvəllüdlü Cəlilov Fəzail Sadıq oğlu idarə etdiyi “Hundai” markalı avtomobillə Bakı-Quba avtomobil yolunun 29-cu km-dəyol kənarında dayanmış Məhərrəmov Namiq Tahir oğluna məxsus “DAF” markalı avtomobilin arxa qoşqu hissəsi ilə toqquşub.

Nəticədə Fəzail Cəlilov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.