19 aprel 2025 22:49
109

Göygöl rayonunda avtomobil piyadanı vuraraq öldürüb

Göygöl rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Ölən şəxs Daşkəsən rayon sakini 1959-cu il təvəllüdlü Müzakir Abdullayevdir. Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.