07 mart 2026 15:09
174

“Sabah” qəzeti: “Bayraktar” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlığına töhfə verir

İlk mütəxəssis qrupu Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığının tabeliyində fəaliyyət göstərən “Bayraktar Texnoloji” uçuş təlimi Mərkəzində təlim keçib.

“İki sahil” xəbər verir ki, bu barədə “Sabah” qəzetində dərc olunmuş məqalədə bildirilib. Materialda Türkiyə şirkətinin Azərbaycan Ordusu üçün peşəkar kadrların hazırlanmasına verdiyi töhfə qeyd olunub.

Türkiyə qəzeti Azərbaycan Müdafiə Nazirliyinin Bayraktar TB2 sisteminin təlim kursları ilə bağlı açıqlamasından fikirlərə istinad edir.

Qeyd olunur ki, general-mayor Həsən Alovsədov məzunları təbrik edərək onlara gələcək hərbi xidmətlərində uğurlar arzulayıb

Məzunlara sertifikatlar təqdim edilib.