20 aprel 2025 00:38
94

Rusiya cəbhənin bəzi bölgələrində hücum əməliyyatlarını davam etdirir - Zelenski

Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

"Əgər, həqiqətən də, tam sükut hökm sürürsə, Ukrayna bunu Pasxa günündən sonra da davam etdirməyi təklif edir", – o bildirib.

Zelenski əlavə edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin baş komandanının məruzəsinə əsasən, Rusiya cəbhənin bəzi bölgələrində hücum əməliyyatlarını davam etdirir: "Ukrayna Müdafiə Qüvvələri rasional hərəkət edəcək, eyni şəkildə cavab verəcək. Rusiyanın hər bir hücumuna cavab veriləcək", – Ukrayna lideri vurğulayıb.