U-14 yeniyetmələr arasında keçirilən Liqa yarışının I turu artıq yekunlaşıb!
“İki sahil”in məlumatına görə, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda AHİTA-nın yetirməsi Ayla Məmmədli -40 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Bu turda 101 klub və idman cəmiyyətindən 545 cüdoçu iştirak edib. İlin sonuna qədər keçiriləcək turlar əsasında reytinq cədvəli formalaşacaq.