Dünyada bir çox ölkədə qəbul edilmiş qəribə qanunlar var ki, bunları eşitdikdə ağız dolusu gülməkdən başqa heç nə edə bilməzsiniz. Amma inanın, bu qanunlar gerçəkdir və onların qarşısını almaq bəzən mümkünsüzdür! Təsəvvür edin ki, bir ölkədə sadəcə saqqız çeynədiyiniz üçün cərimələnə bilərsiniz və ya başqa bir yerdə axşam saatlarında suyun səsi belə səs-küy hesab edilə bilər! Bəzən bir hərəkətiniz, bir baxışınız belə sizə cəza gətirə bilər. Əgər belə “absurd” qanunların həqiqət olduğunu düşünmüsünüzsə, artıq daha çoxunu öyrənməyə hazırsınız!
1. Sinqapur – Saqqız çeynəmək qadağandır
Sinqapur təmizliyi və nizam-intizamı ilə tanınır. Bu ölkədə 1992-ci ildən bəri ictimai yerlərdə saqqız satmaq və çeynəmək qanunla qadağan edilib. Qanunun əsas məqsədi – saqqızın küçələrdə və ictimai yerlərdə yaratdığı çirkliliyin qarşısını almaqdır. Qanunu pozanlar ciddi cərimələrlə üzləşə bilər.
2. İslandiya – Qanunla qadağan olunmuş adlar var
İslandiyada uşaqlara verilən adlar hökumət tərəfindən təsdiqlənmiş xüsusi siyahı əsasında seçilməlidir. Əgər valideynlər siyahıda olmayan bir ad seçmək istəyirlərsə, bu halda xüsusi icazə almalıdırlar. Bu qəribə görünə bilər, amma məqsəd – dil və mədəniyyətin qorunmasıdır.
3. İsveçrə – Gecə tualetdə su buraxmaq qadağandır
İsveçrədə bəzi çoxmərtəbəli binalarda axşam saatlarından sonra tualetdə su buraxmaq (yəni unitazı çəkmək) qadağan edilib. Bu qərar qonşuların sakitliyini qorumaq üçün tətbiq edilir. Rəsmi qanun olmasa da, bir çox binalarda daxili qayda kimi qüvvədədir.
4. İtaliya (Venesiya) – Göyərçinə yem verməyə cərimə
Venesiyanın məşhur San Marko meydanında göyərçin yedirtmək qadağandır. Bu qərar, tarixi binaların və abidələrin göyərçin nəcisi ilə zədələnməsinin qarşısını almaq üçün qəbul edilib. Qanunu pozan turistlərə cərimə tətbiq oluna bilər.
5. Avstraliya – Elektrikli oyuncaq itlər qadağandır
Avstraliyanın bəzi ştatlarında elektriklə işləyən və gəzən oyuncaq itlərin satışı və istifadəsi qadağandır. Bu qərar, heyvan haqlarının qorunması və uşaqlarda yanlış təsəvvür yaratmamaq məqsədi daşıyır.
6. Yaponiya – Kilolu olmaq qadandır
Yaponiyada 2008-ci ildən tətbiq olunan "Metabo Qanunu"na əsasən, 40-74 yaş arasında olan şəxslərin belli müəyyən ölçüdən artıq olmamalıdır. Hökumət bu qanunla piylənmənin qarşısını almaq və insanların sağlamlığını qorumağı hədəfləyir. Müəyyən ölçüləri aşan insanlar üçün tibbi məsləhətlər və izləmə proqramları tətbiq olunur.
Mələk Şixməmmədova,
BSU-nun tələbəsi,
Mənbə: "Farandwide.com"