03 noyabr 2025 22:59
138

Bu dərmanın diabetə də xeyri var...

Aspirin diabet xəstələrində ürək riskini azalda bilər.

“İki sahil” xəbər verir ki, ABŞ-nin Pittsburq Universitetinin alimləri müəyyən ediblər ki, az dozada aspirin qəbul etmək ikinci tip şəkərli diabeti olan insanlarda ürək və beyin xəstəliklərinin riskini azalda bilər. Araşdırma nəticəsində məlum olub ki, aspirini mütəmadi qəbul edən diabet xəstələrində ürək tutması və insult halları, həmçinin ölüm faizi bu dərmanı qəbul etməyənlərlə müqayisədə xeyli azdır.

Mütəxəssislər bildirirlər ki, aspirin xüsusilə uzun müddət davamlı qəbul edildikdə daha effektiv olur. Lakin həkimlər xəbərdarlıq edirlər ki, preparatı yalnız mütəxəssis məsləhəti ilə qəbul etmək lazımdır.