21 aprel 2025 15:14
229

Ulu Öndər Heydər Əliyev və ana dilinə məhəbbətin dövlətçilikdə təzahürü

Ümummilli Lider Hey­dər Əli­ye­vin Azər­bay­ca­na rəh­bər­li­yi­nin bi­rin­ci döv­rün­də, konk­ret ola­raq 1978-ci il­də Azər­bay­can di­li­nin öl­kə­mi­zin konsti­tu­si­ya­sı­na döv­lət di­li ki­mi da­xil et­dir­mə­yə na­il ol­ma­sı çağın reallıqları prizmasından yanaşdıqda mi­sil­siz ta­ri­xi nai­liy­yət­ sayılır. So­vet­lər İt­ti­fa­qın­da va­hid bey­nəl­mi­ləl­çi­lik prin­sip­lə­ri­nin hə­ya­ta ke­çi­ril­di­yi bir za­man­da Azər­bay­can di­li­nin rəs­mi ola­raq döv­lət di­li ki­mi qə­bul olun­ma­sı ço­xəsr­lik döv­lət­çi­lik ta­ri­xi­mi­zin na­dir ha­di­sə­si­ idi. Bu bö­yük ümum­mil­li ha­di­sə Azər­bay­can Res­pub­li­ka­sı­nın gə­lə­cək müs­tə­qil­li­yi­nin mü­hüm tə­mi­nat­la­rın­dan bi­ri idi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi tanınması milli kimliyin və mədəniyyətin qorunması istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur. Bu təşəbbüsün konkret nəticəsi 27 aprel 1978-ci il tarixində qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması oldu. Bu məsələnin tarixi kontekst və əhəmiyyəti nədir? Aydındır ki, 1970-ci illərdə Sovet İttifaqında rus dilinin dominantlığı güclənməkdə idi və ittifaq miqyasında rus dilinin “ümumxalq ünsiyyət vasitəsi” kimi tanınması təşviq olunurdu. Bu şəraitdə respublikaların milli dillərinin arxa plana keçmək təhlükəsi yaranmışdı. Lakin Heydər Əliyev bu təhlükəni vaxtında dərk edərək, Azərbaycan xalqının milli kimliyinin əsas dayaqlarından biri olan ana dilinin qorunması və rəsmi status qazanması istiqamətində qətiyyətli mövqe nümayiş etdirdi.

27 aprel 1978-ci il tarixində qəbul olunan yeni Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dövlət dili kimi Konstitusiya səviyyəsində təsbit edildi. Bu, Sovet İttifaqı çərçivəsində nadir hallardan biri idi və milli dəyərlərin qorunmasında mühüm addım idi. Bu təşəbbüsün nəticəsi olaraq Azərbaycan dili dövlət idarəçiliyində, təhsildə və rəsmi sənədləşmədə daha geniş istifadə edilməyə başladı. Dilin hüquqi status alması onun gələcəkdə müstəqil Azərbaycan Respublikasında əsas dövlət dili kimi möhkəmlənməsinə zəmin yaratdı. Milli özünüdərk və mədəni dirçəliş proseslərinə təkan verdi.

Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə gəlişinin birinci dövründə, XX əs­rin 70-80-ci il­lə­rin­də Azər­bay­can ədə­bi-ic­ti­mai mü­hi­tin­də ana di­li mə­sə­lə­lə­ri ge­niş yer tut­muş­dur. Xalq şa­ir­lə­ri Rə­sul Rza, Bəx­ti­­yar Va­hab­za­də, Xə­lil Rza, Məm­məd Araz, bir qə­­dər son­ra Anar və Sa­bir Rüs­təm­xan­lı ki­mi sə­nət­kar­la­rın ana di­li uğ­run­da apar­dıq­la­rı mil­li mü­ca­di­lə­yə döv­lət sə­viy­yə­sin­də mü­əy­yən üsul­lar­la mey­dan açıl­mış və bu, ma­hiy­yət eti­ba­ri­lə xalq ara­sın­da və Mər­kə­zi hö­ku­mət­də Azər­bay­can di­li­nin döv­lət di­li sə­viy­yə­si­nə qal­dı­rıl­ma­sı üçün ic­ti­mai rə­yi ha­zır­la­mış­dır. Dil­çi alim­lər be­lə qə­na­ət­lə­rin­də haq­lı­dır­lar ki, “Hey­dər Əli­yev… Mosk­va ilə ən uğur­lu komp­ro­mis şə­rai­tin­də özü­nə­məx­sus “dil si­ya­sə­ti” yü­rü­dür­dü ki, hə­min si­ya­sə­tin baş­lı­ca məq­sə­di ana di­li­ni da­ha da in­ki­şaf et­dir­mək, ...müs­tə­qil döv­lət di­li­nə çe­vir­mək idi (Nizami Xudiyev)”.

Doğ­ru­dan da cə­miy­yət­də ana di­li uğ­run­da ge­dən pro­ses­lə­ri za­man-za­man Mər­kə­zi hö­ku­mə­tin diq­qə­ti­nə çat­dır­maq­la və mə­­­sə­­­lə­yə Si­ya­si Bü­ro sə­viy­yə­sin­də ay­dın­lıq gə­tir­mə­yi ba­car­maq­la, Hey­dər Əli­yev hə­lə so­vet ha­ki­miy­yə­ti il­lə­rin­də, 1978-ci il­də Azər­bay­can di­li­nin döv­lət di­li ki­mi öl­kə­nin Kons­ti­tu­­si­­ya­­sı­­na ay­rı­ca mad­də ki­mi da­xil edil­mə­si­nə na­il ol­muş­dur.

Öl­kə­miz müs­tə­qil­lik qa­zan­dıq­dan son­ra Hey­dər Əli­ye­vin ana di­li uğ­run­da apar­dı­ğı si­ya­sə­tin miq­ya­sı da­ha da ge­niş­lən­miş, bir çox ümum­mil­li mə­sə­lə­lə­rin döv­lət si­ya­sə­ti sə­viy­yə­sin­də həll edil­mə­si ilə ba­şa çat­dı­rıl­mış­dır. Bu za­man da Hey­dər Əli­ye­vin is­ti­nad et­di­yi əsas qüv­və ya­zı­çı, ədə­biy­yat fak­to­ru və şa­ir­lər, ya­ra­dı­cı zi­ya­lı­lar ol­muş­dur.

Ümum­mil­li Li­der Hey­dər Əli­ye­vin xal­qı­mı­zın ana di­li­nin ne­cə ad­lan­dı­rıl­ma­sı uğ­run­da apar­dı­ğı mü­ba­ri­zə döv­lə­ti­mi­zin ma­raq­la­rı­na, res­­pub­­li­ka­mı­zın re­al­lıq­la­rı­na ta­ma­mi­lə uy­ğun idi. Bu sa­hə­də də qə­ti fik­rə, ye­kun qə­­naə­tə gəl­mək üçün Hey­dər Əli­yev Azər­bay­can zi­ya­lı­la­rı­nın, o cüm­lə­dən ədə­­biy­­yat xa­dim­lə­ri­nin dəs­tə­yin­dən is­ti­fa­də et­mə­yi zə­ru­ri say­mış­dır. Onun 31 okt­yabr 1995-ci il­də Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sın­da zi­ya­lı­lar­la gö­rü­şü za­ma­nı irə­li sür­dü­yü Azər­bay­can Kons­ti­tu­si­ya­sın­da döv­lət di­li ki­mi Azər­bay­can di­li­nin təs­bit edil­mə­si ge­niş mə­na­da cə­miy­yə­tin ma­ra­ğı­na, öl­kə­miz­də ya­şa­yan bü­tün xalq­la­rın və et­nik qrup­la­rın ma­raq­la­rı­na uy­­ğun­dur. Azər­bay­can di­li ide­ya­sı Azər­bay­can­da ya­şa­yan bü­tün et­nik qrup­­la­­rı öz ət­ra­fın­da bir­ləş­di­rən bir fak­tor ki­mi Azər­bay­can ya­zı­çı­la­rı tə­rə­fin­dən mü­­da­­fiə olun­muş­dur.

Mü­za­ki­rə­lər­də çı­xış edən Nə­bi Xəz­ri, Bəx­ti­yar Va­hab­za­də, Anar, El­çin, Qa­bil, Ağa­mu­sa Axun­dov, Hü­seyn Ab­bas­za­də, Sa­bir Rüs­təm­xan­lı və baş­qa­la­rı müx­tə­lif fi­kir­lər bil­dir­sə­lər də, son nə­ti­cə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Hey­dər Əli­ye­vin mey­da­na qoy­du­ğu Azər­bay­can di­li an­la­yı­şı­na üs­tün­lük ver­miş, haqq qazandırmışlar. Hey­dər Əli­yev öl­kə miq­ya­sın­da ic­ti­mai rə­yin for­ma­laş­dı­rıl­ma­sın­da ya­zı­çı, zi­ya­lı möv­qe­yi­nin əhə­miy­yə­ti­ni əsas gö­tür­mək­lə, mü­za­ki­rə­lər­də hə­min fak­tor­dan ge­niş is­ti­fa­də ilə ən məq­bul azər­bay­can­çı qə­ra­rı for­ma­laş­dır­ma­ğa na­il ol­muş­dur. Azərbaycan dili ölkə coğrafiyasında yaşayan bütün xalqların vahid danışıq və ünsiyyət vasitəsi, müstəqillik qazanmış Respublikanın dövlət dilinin adı kimi qəbul edilmişdir. Bü­tün bun­lar cə­miy­yət­də və ədə­biy­yat­da Azər­bay­can­çı­lıq ami­li­nin, ümum­mil­li dü­şün­cə­nin da­ha da qüv­vət­lən­di­ril­mə­si­nə sə­bəb ol­muş­dur.

Digər bir məqam. Hey­dər Əli­ye­vin klas­sik­lə­ri dün­ya­ya ta­nıt­ma mə­ra­mı­nın kö­kün­də xal­qın mi­nil­lik ta­ri­xi yad­da­şı­nın ol­du­ğu­nu is­bat­la­maq mey­li da­ya­nır­dı­sa, yu­bi­ley­lə­ri ke­çi­ri­lən İma­dəd­din Nə­si­mi, Mol­la Pə­nah Va­qif, Aşıq Ələs­gər, Hə­sən bəy Zər­da­bi, Cə­lil Məm­məd­qu­lu­za­də və baş­qa ədib­lər onun­çün “dil ha­di­sə­si” ki­mi önəm kəsb edir­di. Çün­ki “Hey­dər Əli­ye­vin Azər­bay­can di­li si­ya­sə­ti çox ge­niş mə­na­sı, el­mi-kon­sep­tu­al əsas­la­rı ilə, əs­lin­də Azər­bay­ca­nı xi­la­set­mə yo­lu­nun mü­hüm tər­kib his­sə­si idi” (Timuçin Əfəndiyev). O­nun müa­si­ri ol­du­ğu şa­ir və ya­zı­çı­la­ra ver­di­yi də­yə­rin zə­mi­nin­də həm də dil ami­li­nin da­yan­dı­ğı­nı gör­mək çə­tin de­yil. Son­ra­dan bu is­ti­qa­mət­də ata­ca­ğı ad­dı­mın - “Döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­di­ril­mə­si haq­qın­da” 18 iyun 2001-ci il ta­rix­li və “Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət di­li haq­qın­da” 30 sent­yabr 2002-ci il ta­rix­li fər­man­la­rın zə­mi­nin­də da­ya­nan əsas sə­bəb xal­qın mil­li var­lı­ğı­nı mü­əy­yən edən baş­lı­ca ami­lin ana di­li ol­ma­sı­nı rəh­bər ki­mi dərk et­mə­si idi. Ya­xud Mə­həm­məd­hü­seyn Şəh­ri­ya­rın ana­dan ol­ma­sı­nın 90 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si haq­qın­da”kı 29 okt­yabr 1997-ci il ta­rix­li sə­rən­ca­mı ilə Hey­dər Əli­yev yal­nız için­də­ki Şəh­ri­yar sev­gi­si­ni sər­gi­lə­mir­di, hə­mi­şə ama­lı­na çe­vir­di­yi bü­töv Azər­bay­can idea­lı­nın ger­çək­ləş­mə­si­nə doğ­ru növ­bə­ti əhə­miy­yət­li ad­dım­lar­dan bi­ri­ni hə­ya­ta ke­çi­rir­di.

Möv­lud Sü­ley­man­lı “Qırx ilin yed­di gö­rü­şü” me­mu­ar-əsə­rin­də Hey­dər Əli­yev sö­zü­nün xalq ara­sın­da şi­fa­hi ya­yıl­ma­sı­na da­ir ma­raq­lı mi­sal­lar gə­ti­rir. Bun­lar­dan bi­ri Azər­bay­can di­li ba­rə­sin­də­dir: “Ya­dım­da­dır, 70-ci il­lə­rin or­ta­la­rıy­dı, Nov­ruz bay­ra­mı ərə­fə­sin­də bö­yük­dən ki­çi­yə ha­mı Şıx çi­mər­li­yi səm­tin­də ağac ək­mə­yə çıx­mış­dı. Ya­zı­çı­lar İt­ti­fa­qı­nın ay­rı­ca sa­hə­si var­dı, or­da ağac əkir­dik. Hey­dər Əli­yev sa­hə­lə­ri do­la­şıb, adam­lar­la gö­rü­şüb axır­da ya­zı­çı­la­rın ya­nı­na gəl­di. Hə­mi­şə ol­du­ğu ki­mi sə­mi­miy­di, ər­ki ça­tan­lar­la za­ra­fat edir, gənc­lər­lə ma­raq­la­nır­dı. Şa­ir Qa­bil ye­nə özü­nə­məx­sus ori­ji­nal­lı­ğı ilə se­çil­di: “ - Yol­daş Əli­yev, Siz azər­bay­can­ca nə gö­zəl da­nı­şır­sı­nız!” Hey­dər Əli­yev as­ta­dan gü­lüb de­di: “ - Qa­bil, sən ni­yə mə­nim rus­ca gö­zəl da­nış­ma­ğı­ma tə­əc­cüb et­mir­sən, azər­bay­can­ca da­nış­ma­ğı­ma tə­əc­cüb edir­sə­n? Bu dil mə­nim ana di­lim­dir, mən bu di­li bil­mə­li­yəm! Elə­cə də ha­mı­mız”. Bu söz, bu fi­kir elə ora­da­ca al­qış­lar­la qar­şı­lan­dı... Am­ma onun­la bit­mə­di, çox­la­rı­mı­zın xə­bə­ri ol­ma­dan bu söz, bu fi­kir ki­çik məc­ra­sın­dan çıx­dı. Uzun müd­dət mil­li tər­bi­yə­miz­də iş gör­dü... Bu da fakt­dır ki, bir az əv­vəl yu­xa­rı sə­viy­yə­lər­də Azər­bay­can di­lin­də ümu­miy­yət­lə da­nı­şıq get­mir­di, rus di­li­ni pis bi­lən­lə­ri işə gö­tür­mür­dü­lər, ona pis ba­xır­dı­lar və s. Adi bir imə­ci­lik gü­nün­də de­yil­miş bu söz, bu fi­kir və ümu­miy­yət­lə Hey­dər Əli­yev fəa­liy­yə­ti doğ­ma di­li­mi­zə olan so­yuq mü­na­si­bə­ti də­yiş­dir­di. Ye­ri gəl­di-gəl­mə­di rus di­lin­də da­nı­şan və da­nış­ma­ğa can atan küt­lə­vi­li­yin qar­şı­sı alın­dı...”.

Hey­dər Əli­yev xalqı­nın mil­li kim­li­yi­ni tə­yin edən hər bir sa­hə­yə diq­qət­lə ya­na­şır­dı. Onun ana di­li haq­qın­da fi­kir­lə­ri mil­lə­tin­dən, di­nin­dən, dün­ya­gö­rü­şün­dən ası­lı ol­ma­ya­raq hər kəs üçün ak­tu­al­dır: “Azər­bay­can di­li­nin bun­dan son­ra da in­ki­şaf et­mə­si mə­nim hə­ya­tı­mın ən bi­rin­ci və­zi­fə­si­dir. Çün­ki mil­lə­tin di­li­ni əlin­dən al­san, onu öz di­lin­dən məh­rum et­sən, o mil­lət çox şey iti­rər. Am­ma mil­lə­tin öz doğ­ma di­li, ana di­li olan­da, onu heç nə də­yiş­di­rə bil­məz... Bi­zim gənc­lə­rə de­yi­rəm ki, rus di­li­ni yax­şı bi­lin, in­gi­lis, fars, ərəb, fran­sız dil­lə­ri­ni də yax­şı bi­lin. Am­ma bun­la­rın ha­mı­sın­dan yax­şı öz Azər­bay­can di­li­ni­zi öy­rə­nin. Əgər bu­nu bil­mə­sən, sən tam azər­bay­can­lı ol­mur­san”.

Ulu Öndər hə­mi­şə Azər­bay­can di­li­nə, onun si­ya­si-hü­qu­qi tə­mi­nat­la­rı­na ge­niş yer ver­miş, fər­man, qə­rar və sə­rən­cam­lar im­za­la­mış, prak­tik həl­li is­ti­qa­mə­tin­də cid­di fəa­liy­yət gös­tər­miş­dir. O, bə­yan et­miş­dir: “Bu gün müs­tə­qil bir döv­lət ki­mi ən fəxr et­di­yi­miz bir də odur ki, bi­zim gö­zəl Azər­bay­can di­li­miz var. Azər­bay­can di­li­nin for­ma­laş­ma­sın­da, in­ki­şaf et­mə­sin­də, bu­gün­ki sə­viy­yə­yə çat­ma­sın­da ya­zı­çı­la­rı­mı­zın, şa­ir­lə­ri­mi­zin, ədə­biy­yat­şü­nas­la­rın, dil­çi alim­lə­rin bö­yük xid­mə­ti var”. Bö­yük rəh­bər ilk “İs­tiq­lal” or­de­ni­ni Bəx­ti­yar Va­hab­za­də, Xə­lil Rza və Məm­məd Ara­za ver­miş və bu ba­rə­də 16 ap­rel 1995-ci il ta­rix­li çı­xı­şın­da mə­lu­mat ver­miş­dir.

“Ədə­bi di­lə və­tən­daş­lıq bor­cu” mə­qa­lə­sin­də professor Tey­mur Əh­mə­dov Hey­dər Əli­ye­vin fi­kir və məf­ku­rə­ni dil si­ya­sə­ti­nə doğ­ru yö­nəlt­mə­sin­dən söz açır. Gös­tə­rir ki, Ulu Öndər yüz­lər­lə şa­gir­di xa­ri­ci öl­kə­lər­də ali təh­sil al­ma­ğa gön­də­rir­di. Əmin idi ki, on­lar mü­kəm­məl təh­sil­li mü­tə­xəs­sis­lər ki­mi doğ­ma öl­kə­si­nin in­ki­şa­fı­na na­mus­la xid­mət edə­cək­lər. 1997-ci il av­qus­tun 29-da Pre­zi­dent sa­ra­yın­da da­xil­də və xa­ric­də ali mək­təb­lə­rə qə­bul olun­muş tə­lə­bə­lər­lə gö­rüş ke­çi­ril­miş, Hey­dər Əli­yev doğ­ma ana di­li­mi­zi, döv­lət di­li­mi­zi yax­şı bil­mə­yi töv­si­yə et­miş­dir. Ulu Öndər bil­di­rir­di: “Hər bir xalq öz di­li ilə ya­ra­nır. An­caq bu di­li ya­şat­maq, in­ki­şaf et­dir­mək və dün­ya mə­də­niy­yə­ti sə­viy­yə­si­nə qal­dır­maq xal­qın qa­baq­cıl adam­la­rı­nın, elm, bi­lik xa­di­mi­nin fəa­liy­yə­ti nə­ti­cə­sin­də müm­kün olur”.

Tey­mur Əh­mə­dov xa­tır­la­dır ki, Hey­dər Əli­yev 2001-2003-cü il­lər­də “Döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­di­ril­mə­si”, “Azər­bay­can əlif­ba­sı və Azər­bay­can di­li gü­nü­nün tə­sis edil­mə­si”, “Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət di­li haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı qa­nu­nu­nun tət­biq edil­mə­si haq­qın­da” fər­man­lar ver­miş­dir. Ulu Öndər de­miş­dir: “Dil hər bir mil­lə­tin mil­li­li­yi­nin əsa­sı­dır. Ona gö­rə də hər bir gənc öz ana di­li­ni, Azər­bay­can di­li­ni, müa­sir Azər­bay­can di­li­ni ən in­cə­lik­lə­ri­nə qə­dər bil­sin və bu dil­dən is­ti­fa­də et­sin. Biz müs­tə­qil Azər­bay­can­da Azər­bay­can di­li­ni döv­lət di­li et­di­yi­miz ki­mi, cə­miy­yə­ti­miz­də də, xal­qı­mı­zın için­də də Azər­bay­can di­li­ni müt­ləq ha­kim dil et­mə­li­yik”.

Ədə­biy­yat­şü­nas-alim “Mü­qəd­dəs əma­nət” mə­qa­lə­sin­də də Hey­dər Əli­ye­vin dil si­ya­sə­ti­nin təb­li­ği­ni da­vam et­dir­miş və yaz­mış­dır: “Ümum­mil­li Li­der Hey­dər Əli­yev Azər­bay­can ədə­bi di­li­nə ay­rı­ca diq­qət ye­ti­rir­di, ana di­li­mi­zin Azər­bay­can SSR Kons­ti­tu­si­ya­sın­da döv­lət di­li ki­mi xü­su­si mad­də­də gös­tə­ril­mə­si­nə na­il ol­muş­du. Müs­tə­qil­lik döv­rün­də isə di­lin ta­le­yi­ni diq­qət mər­kə­zin­də sax­la­mış, ar­dı­cıl, məq­səd­yön­lü si­ya­sət apar­mış­dır. Ana di­li­mi­zin döv­lət di­li sta­tu­su hü­qu­qi ba­xım­dan ta­ma­mi­lə qa­nu­ni­ləş­di­ril­miş­dir”.

Ümumiyyətlə, Hey­dər Əli­ye­vin 1978-ci il­də Azər­bay­can SSRİ-nin kons­ti­tu­si­ya­sın­da döv­lət di­li­nin Azər­bay­can di­li ola­raq qə­bul edil­mə­si­ so­vet döv­rün­də türk­çü­lü­yə gös­tər­di­yi xid­mət­lə­rdən biri kimi xü­su­si vur­ğu­la­nır, bu ad­dı­m Azər­bay­can mil­li ru­hu­na göstərilən ən önəm­li xid­mət ola­raq də­yər­lən­dir­ilir. Ana di­li­nin döv­lət di­li ola­raq sax­la­nıl­ma­sı­nın bö­yük nai­liy­yət ol­du­ğu­nu vur­ğu­la­yan H.Adı­gö­zəl bu fak­tı di­gər türk öl­kə­lə­rin­də­ki və­ziy­yət­lə mü­qa­yi­sə edə­rək ya­zır: “1991 yı­lın­da Öz­be­kis­tan Bir­lik Halk Ha­re­ke­ti­nin, mey­dan­lar­da, “Öz­bek Di­li” dev­let di­li ol­ma­lı­dır, mi­ting­le­ri yap­tı­ğı za­man, Azer­bay­can’­da, Azer­bay­can di­li­nin dev­let di­li ol­ma­sı­nın üze­rin­den yir­mi yıl geç­miş­ti. Ya­ni, Azer­bay­can, Ali­yev­’in bu uy­gu­la­ma­sı ile, di­ger Türk cum­hu­ri­yet­le­rin­den en az yir­mi yıl öne geç­miş­ti”.

Vətən, millət, dil... Bunların hər üçü Ümummilli Lider Heydər Əliyevin məfkurə triadasının təməl daşları idi. Hər üçünə məhəbbətlə xidmət elədi, sonadək sədaqətini qorudu, ucaltdı və ucaldı.

Elnarə Akimova,
YAP idarə Heyətinin üzvü, Milli Məclisin deputatı