İşğaldan azad edilmiş ərazilərdə özünüməşğulluq proqramı çərçivəsində 266 sakin üçün kiçik təsərrüfatlar qurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aktiv məşğulluq tədbirləri uğurla davam etdirilir.
Xatırladaq ki, ötən üç ay ərzində 84,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 27,2 min şəxs münasib işlərlə təmin olunub. 1195 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına, 1221 işsiz şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib. Qeyd olunan dövrdə Agentlik tərəfindən 55,1 min şəxsə peşəyönümü xidmətlər göstərilib.