Mədəniyyət nazirinə yeni müşavir təyin edilib.
“İki sahil” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.
O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.
Qeyd edək ki, O. Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib. Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edib.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub